”AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır” - Elxan Məmmədov

”AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır” - Elxan Məmmədov
İDMAN
17:47 22.11.2019
25286

"AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik”.

AZXEBER.COM "Futbolxeber.az"a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosu və "İdman” kanalının müştərək yayımı olan, İlkin Babanın aparıcılıq etdiyi "Extra Time” proqramında bildirib. 

Q, qeyd edib ki, AFFA rəhbərliyi milli komandaların uğur qazanması üçün hər bir şərait yaradır:

"AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır. Bunu demişik, deməyə də davam etdirəcəyik. AFFA rəhbərliyi bu gün milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu yaradırıq. Maliyyə ilə təmin edirik, infrastruktur yaradılıb. Liqalar təşkil olunub. 600 komanda, hər həftə 7 minə yaxın uşaq müxtəlif liqalarda, müxtəlif bölgələrdə mübarizə aparırlar. Bu turnirlər təkcə təşkil olunmur, bəzilərinə həm də maliyyə yardımı göstərilir. Bütün bunları AFFA-nın strategiyasına uyğun həyata keçirik”.

O qeyd edib ki, AFFA-nın fəaliyyəti bəzi insanlara mane olur:

"Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərinə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.

Elxan Məmmədov vurğulayıb ki, millidəki hər bir məşqçi heyətə ən yaxşı futbolçuları dəvət edir:

"Meydançada futbolçular oynayır, onlar da klublardan gəlirlər. Hər bir baş məşqçi ən yaxşıları seçir. Baş məşqçi seçimini subyektiv deyil, obyektiv təhlil aparıb, seçir. Həmin məşqçini isə AFFA İcraiyyə Komitəsi seçir. 2008-ci ildə Berti Foqts dəvət olundu. 9 xal qazandı, tənqid olunurdu ki 9 xal azdı. Prosineçki 10 xal qazandı, yenə də tənqid olundu. Millətlər Liqası öncəsi hər birimiz böyük məmnuniyyətlə millini Qurban Qurbanova tapşırdıq. Qurbanov Azərbaycanda ən uğurlu məşqçidi. Düşündük ki, millidə də nəticə qazanacaq. Təbii ki, eyni zamanda, həm millini, həm də "Qarabağ”ı çalışdırmaq çətin idi. Məqsəd Millət Liqasında qalib olmaq idi. Təəssüf ki, bu, alınmadı və yenidən tənqidlər başladı”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO