'Mənim heç kəsə gözəl olmaqdan əlavə, ağıllı olduğumu da sübut etməyə ehtiyacım yoxdur' - FOTOLAR

MAQAZİN
17:01 18.12.2012
6615

Fotomodel, “Mətbuat gözəli” titulunun sahibi Elnarə Sultanovanı, özü haqqında saytlarda və jurnallarda dərc olunan fotolarını və TV ekranlarında onu izləsək belə, haqqında öyrənə bilməyəcəyimiz məqamlardan bəhs edəcək.

Beləliklə, gəlin, Elnarə Sultanova ilə yaxından tanış olaq.

Universitetin memarlıq fakultəsində təhsil alıram. Bütün qiymətlərim əladır, seçdiyim peşəni çox sevirəm və gələcəyimi də məhz bu peşə ilə bağlamaq niyyətindəyəm. Nəinki Bakıda, həmçinin onun hüdudlarından kənarda da tanınmış memar olmaq istəyirəm.

Universitetə daxil olana qədər bədii sənət məktəbində də əla qiymətlə oxumuşam. Yaradıcılıqsız qala bilmirəm, o mənim həyatımın bir parçasıdır, özümü yaradıcı insan sayıram və hər zaman da sənət axtarışlarındayam.

Həyatımın böyük bir hissəsi Rusiyada keçib, orada yaşamışam, ancaq hər zaman vətənimə can atmışam, doğma Bakımı arzulamışam. Yadımdadır, hər dəfə yay tətilində Bakıya gələndə şəhərimizi göz yaşları içində tərk edirdim, sevdiyim yerləri yenə bir il müddətinə tərk edib getməyimlə heç cür barışmaq istəmirdim. Yaşamaq üçün həmişəlik Bakıya köçəndə necə də sevinirdim.

Ailəm Bakıya köçməyə qərar verəndə həmin an hansı hissləri keçirdiyimi sözlərlə ifadə edə bilmirəm, yəqin ki sevincimdən göyün yeddinci qatında idim.

Bakının ab-havası olduqca qeyri-adidir. Burada mənim üçün hər şey- hava da, küçələr də, evlər də, təbiət də doğmadır. Bakısız uzun müddət qala bilmirəm və xoşbəxtəm ki, belə gözəl və mənim üçün doğma olan şəhərdə yaşayıram. Mən Rusiyada yaşaya-yaşaya hər zaman Bakının rəsmlərini çəkmişəm. Bakı elə bir şəhərdir ki, mən onun hər bir şeyini çox sevirəm.

Heç vaxt model olacağım ağlıma belə gəlməzdi. Hər şey öz-özünə baş verdi. “Miss Azerbaijan-2012” müsabiqəsinə kastinqin başlanmasına dair elanı gördüm və boyum modelə uyğun gəlməsə də, müraciət etmək qərarına gəldim.

Təşkilat komitəsinə bu barədə məktub yazdım və qeyd etdim ki, Azərbaycan gözəli üçün boy əsas deyil. Müsabiqənin finalına adlayıb, “Mətbuat gözəli” nominasiyası üzrə qalib adını qazandım.

Belə layihələrdə və müsabiqələrdə iştirak etməyə davam edəcəyəm. Bu olduqca maraqlıdır, təcrübə yığmaq, insanlarla tanış olmaq, onlarla dostlaşmaq çox gözəldir.

Dostluq mənim üçün müqəddəs və əbədi münasibətdir. Yaxın dostlarım adlandırdığım insanlarla dostluğumun əsasında etibar dayanır. Dostlarım mənim üçün doğma insanlara çevrilirlər, mən onların dostluqlarına çox böyük dəyər verirəm.

Model sənəti mənim üçün bir növ maraqlı hobbidir və heç vaxt əsas peşəm, həyatda əsas məqsədim olmayacaq. Mənim yolum – memarlıqdır. Model biznesi sadəcə, həyatımın bir hissəsidir və heç də ən əsas hissəsi deyil.

Düzün desəm, əlbəttə ki, mən ölkəmizdə və Qərbdə tanınmış model olmaq istəyərdim. Ancaq hər şeyin öz vaxtı var və mənim üçün hal-hazırda birinci yerdə təhsilim və memarlıqdakı gələcək karyeram dayanır.

Təvazökarlıqdan uzaq olsa da, deyim ki, özümü gözəl hesab edirəm. Məncə, hər bir qız özünü gözəl hesab etməlidir. Başqa cür düşünmək doğru deyil, çünki gözəl olmayan qadın yoxdur. Gözəllik təkcə, xarici görünüşlə müəyyən olunmur, daxili aləminiz zəngindirsə, siz gözəlsiniz.

Zahiri gözəllik Allah vergisidir, ancaq həmişə özünə qulluq etməlisən və bu vergini inkişaf etdirməlisən. Əvvəllər gimnastika ilə məşğul olurdum, amma sonra buraxdım. Fitnessə yazılmaq istəyirəm, ancaq vaxt yoxdur. Ancaq belə xüsusi bir şeylə məşğul olmuram, sadəcə, sağlam həyat tərzi keçirirəm və bu da xarici görünüşümə müsbət təsir göstərir.

Ancaq hərdən xarici görünüş aldadıcıdır. Təəssüf ki, gözəl qızları ağılsız hesab edirlər. Əksər hallarda bu belə deyil. Ancaq allaha şükür ki, mənim heç kəsə gözəl olmaqdan əlavə, ağıllı olduğumu da sübut etməyə ehtiyacım yoxdur, çünki bu mənim danışığımdan, kiminləsə ünsiyyətimdən, ailəm tərəfindən verilmiş tərbiyəmdən görünür.

Yemək hazırlamağı çox sevirəm, mətbəxdə saatlarla vaxt keçirə bilərəm. Bişirdiklərimin dadına baxan hər kəs dadlı bişirdiyimi deyir. Ancaq evin yır-yığışı mənlik deyil. Bütün günümü mətbəxdə keçirə bilərəm, təki yır-yığış etməyim.

Təbiətimə görə sakit adamam, eyni zamanda ünsiyyətciləm. Asanlıqla tanımadığım adamlarla istənilən mövzuda ümumi dil tapıb danışa bilərəm. Bu keyfiyyətim həyatda mənə çox kömək edir və bunun hesabına çoxlu maraqlı tanışlar və dostlar əldə etmişəm.

Mənim üçün xoşbəxtlik doğmalarımın və əzizlərimin – valideynlərim və bacılarımın sağlamlığıdır.

Onların gözlərində gülüş və sevinci görmək xoşbəxtlikdir. Ancaq mən bilirəm ki, gələcəkdə də xoşbəxt olmaq üçün doğmalarımın xoşbəxtliyi və sağlamlığı üçün əlimdən gələn hər şeyi edəcəyəm.

Mənim ürəyim hal-hazırda azaddır. Ürəyimi qazanan adam necə biri olmalıdır? İlk növbədə savadlı, vicdanlı, alicənab, xeyirxah, qayğıkeş və yaraşıqlı olmalıdır. Mənim hündür, qaraşın, model bədən quruluşuna malik oğlanlardan xoşum gəlir.

Əsas odur ki, ona etibar edə bilim və ona inanım. O elə olmalıdır ki, ona arxalana bilim, özümü onun arxasında böyük bir qayanın arxasındakı kimi təhlükəsiz hiss edim...//Gun.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir