Aygün Səmədzadə: "Mənim mahnılarımı yaşatsınlar" - VİDEO

Aygün Səmədzadə: "Mənim mahnılarımı yaşatsınlar" - VİDEO
MƏDƏNİYYƏT
10:57 24.02.2026
258
"Mənə ən böyük təşəkkür o olar ki, mahnılarımı yaşatsınlar, oxuyanda adımı çəksinlər, ona dəyər versinlər".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri bəstəkar Aygün Səmədzadə deyib.
 
"Çərçivədən kənar" verilişində qonaq olan Əməkdar incəsənət xadimi mahnılarını oxuyan müğənnilərdən gözləntilərini açıqlayıb:
 
"Mən mahnılarımı övladım kimi görürəm. Mənə ən böyük təşəkkür o olar ki, əsərlərimi oxuyan sənətçilər mahnılarımı yaşatsınlar, onu ortaya çıxartsınlar, klip çəkdirsinlər. Hətta oxuyanda adımı çəksinlər, ona dəyər versinlər. Nəinki məni, söz yazarını, aranjemançını, klip rejissorunu belə hər zaman yad eləsinlər. Hər kəsə hörmətlə yanaşsınlar. Belə sənətçilərə mənim də hörmətim sonsuzdur".
 
Aysel
 


OXŞAR XƏBƏRLƏR