"Mənim oxuduğum mahnılar toy sahiblərinin nəyinə lazımdır? Adam deyər sənə bu qədər pul vermişəm, oxuduğun nədir?".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Mehin Hümbətova "Xəzər axşamı" verilişində deyib.
Sənətçi gəlirinin şəxsi bizneslərindən olduğunu deyib:
"Mən hələ ki, toylara getmirəm. Baxmayaraq ki, kifayət qədər dəvətlər gəlir. Çünki mənim tərzim başqadır. Mənim oxuduğum mahnılar toy sahibinin nəyinə lazımdır? O deməz ki, sənə bu qədər pul vermişəm, bu oxuduğun nədir? Mənim strategiyam başqadır. Sənətimə qoyduğum pulu geri dönüş olaraq bizneslərimdən alıram".
Aysel