Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın növbəti şeiri yayılıb. “Baku" jurnalının baş redaktoru olan L.Əliyeva şeirini sosial şəbəkədə izləyiciləri ilə paylaşıb. Tez-tez yeni şeirləri və rəsm əsərləri ilə pərəstişkarlarını sevindirən “Baku” jurnalının baş redaktoru bu dəfə sevgidən yazıb. Sosial şəbəkənin aktiv istifadəçisi olan Leyla Əliyeva yeni paylaşdığı vəadını qeyd etmədiyi şeir ilə də maraq oyadıb. Sözügedən şeiri sizə təqdim edirik: Qeyd edək ki, Leyla Əliyevanın bu zamana kimi, "Ana", “Elegiya”, “Milyard dəfə”, “Mən gedəcəm”, "İnanmıram və səni tərk etmək istəmirəm", "Xoşbəxtlik" və sairə şeirləri oxuculara təqdim edilib. Bu şeirlərdən bəziləri əməkdar artist Ayan Mirqasımovanın ifasında səsləndirilib.
