"Mentalitetindən məlumatsız olduğum ölkədə uğur qazana bilmərəm"

"Mentalitetindən məlumatsız olduğum ölkədə uğur qazana bilmərəm"
İDMAN
19:39 02.03.2026
428
"Bu komandada olmaq məni çox inkişaf etdirdi. Bu ad sanki məni daha da böyütdü və məsuliyyətimi artırdı. Bəlkə başqa komandaya rəhbərlik etsəydim, bu baş verməzdi".

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun "Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer" adlı birinci panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həmişə ilk vəzifəsi futbolçulara bu adı başa salmaq olub:

"Mentalitetim bu ölkəyə uyğun deyilsə, uğur əldə edə bilmərəm. Eyni zamanda, mentalitetini bilmədiyim ölkədə uğur qazana bilmərəm. Legioner futbolçulara həmişə başa salmışam ki, siz hansı ad altında çıxış etdiyinizi anlamalısınız. Həmçinin yerli futbolçularla da bu barədə müzakirələrimiz olur. Onlar Qarabağı təmsil etdiyimizi heç vaxt unutmamalıdırlar. Ümumiyyətlə, idmançıda xarakter olmasa, uğur əldə edə bilməz. Döyüşmədən meydanı tərk edə bilmərik".
OXŞAR XƏBƏRLƏR