"Məntəqələrə gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək"

Seçki2024
12:14 11.01.2025
150
Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək.

Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir:

"Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gətirilərək səsvermə prosesində iştirak edə biləcəklər".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR