Bundan əlavə, kompleksin düz yanında yerləşən 43 hektarlıq "Gənclik" parkı sakinlərə geniş yaşıllıqlar əhatəsində istirahət etməyə və idmanla məşğul olmağa şərait yaradır. Kompleksin ətrafında məktəb, iaşə obyektləri və ictimai nəqliyyat infrastrukturu mövcud olduğu üçün sakinlər gündəlik ehtiyaclarını kompleksdən uzaqlaşmadan ödəyə bilərlər.
Mənzillərin təmirində istifadə olunan tikinti və təmir materialları yalnız yüksək keyfiyyətli Avropa brendlərindən seçilmişdir: Gewiss elektrik açarları və aksesuarları, Grohe hamam aksesuarları, Prysmian yanmayan kabel sistemləri, Guardian Glass pəncərə şüşələri.
"Highland Residence"də tam təmirli mənzil sahibi olmaq istəyənlər üçün 36 ayadək tam faizsiz, komissiyasız daxili kredit və 20 illik ipoteka krediti şərtləri mövcuddur.