Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edilib

Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edilib
SOSİAL
18:58 19.09.2018
5134

Prezident Ilham Əliyev Sadiq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər MİDA İdarə Heyətinin sədri postu boş idi, S.Sadıqov isə sədr müavini vəzifəsini tuturdu.

OXŞAR XƏBƏRLƏR