Fransada mənzildə baş verən yanğında 10 kişi və 5 uşaq ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın Rhone bölgəsinin Lion şəhəri yaxınlığındakı mənzildə baş verən yanğında 5-i uşaq olmaqla 10 nəfərin öldüyü bildirilib.
Rhone Qubernatorluğundan verilən açıqlamada saat 03:12 radələrində 7 mərtəbəli mənzildə yanğının baş verdiyi bildirilib.
İlkin məlumata görə, yanğında 5-i uşaq olmaqla 10 nəfər ölüb, 2-si yanğınsöndürən olmaqla 14 nəfər yaralanıb.
Açıqlamada yanğınsöndürənlər tərəfindən söndürülən yanğının səbəbinin hələ müəyyən edilməyib.
Mikayıl