Mənzildə qadın meyiti aşkarlandı

SOSİAL
14:14 05.05.2016
1196
Mənzildə qadın meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1972-ci il təvəllüdlü Qafarova Məsmə Vaqif qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 11:10-da başa çatıb.

OXŞAR XƏBƏRLƏR