Mənzilləri qarət edən sevgililər həbs edildi - TƏFƏRRÜAT

Mənzilləri qarət edən sevgililər həbs edildi - TƏFƏRRÜAT
SOSİAL
17:21 28.08.2018
6654
Nəsimi Rayon Məhkəməsində mənzillərədən oğurluq edən qadın və kişi saxlanılıb.

AZXEBER.C0M-un ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən Cəfərova Tərifə Səfalı qızı və Nuriyev Ozal Daşqın oğlunun məhkəmə prosesinə hakim Babək Pənahov sədrlik edəcək. Cinayət işində 4 nəfər şəxs zərərçəkmiş qismində tanınıb. 

Belə ki, bu ilin may ayında Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  rayon ərazisindəki evlərin birindən 500 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Ozal Nuriyev və Tərifə Cəfərova saxlanılıb.

Məlum olub ki, saxlanılanlar həm də sevgilidilər. Onlar əsasən evdən heç kimin olmamasından istifadə edərək mənzillərə daxil olublar. Qız qapını döyür, əgər qapını açan olmursa, o zaman qapını açmaq yoli ilə mənzillərə daxil olurlar.  Oğurluq etdiyinə görə tutulmuş Ozal Nuriyevin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin mart ayında rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları və 35000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR