"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma

"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
İQTİSADİYYAT
12:56 02.04.2026
288
Cari ilin yanvar-fevral aylarında "Meqa Sığorta” ASC-nin sığorta yığımlarında azalma müşahidə olunub.

Hesabat dövründə şirkət 5 milyon 285 min manat sığorta haqqı toplayıb.

Ötən ilin eyni dövründə isə bu göstərici 5 milyon 335 min manat təşkil edib.

Bu, illik müqayisədə yığımların 50 min manat və ya 0,93% azalması deməkdir.
 

"Meqa Sığorta” ASC-nin ödənişlərinə gəldikdə isə, şirkət cari ilin ilk iki ayında 2 milyon 560 min manat sığorta ödənişi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 300 min manat və ya 13,27% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında şirkətin sığorta ödənişləri 2 milyon 260 min manat olub.

Beləliklə, yığımların azalması fonunda ödənişlərin artması şirkətin zərərliliyinin yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, cari ilin ilk iki ayında şirkət hər 100 manat yığıma qarşılıq 48,48 manat ödəniş etdiyi halda, ötən ilin eyni dövründə bu göstərici 42,36 manat təşkil edib.
 
valyuta.az

OXŞAR XƏBƏRLƏR