Mer: "Mariupolda Rusiyanın döyüş təyyarəsi vurulub"

Mer: "Mariupolda Rusiyanın döyüş təyyarəsi vurulub"
DÜNYA
14:13 28.02.2022
375
Ukraynanın Mariupol şəhərinin ərazi müdafiə qüvvələri Rusiyanın döyüş təyyarəsini vurub.

Bu barədə şəhər meri Vadim Boyçenko məlumat verib.

"Bizim hörmətli hərbçilərimiz Silahlı Qüvvələr, Milli Qvardiya və "Azov” alayı Rusiya işğalçılarının təyyarəsini məhv ediblər. Bu təyyarə fevralın 27-də Mariupolun Sartan qəsəbəsi və Levoberejni rayonunu 4 dəfə atəşə tutmuşdu”, - V.Boyçenko bildirib.

Məlumata görə, Rusiya hərbçiləri Mariupolu ələ keçirmək üçün Ukraynanın bu şəhərini davamlı olaraq bombalayırlar.
 
///Report
OXŞAR XƏBƏRLƏR