Mərakeş millisinin qələbəsi Belçikada izdiham yaratdı: Azarkeşlər paytaxta od vurdu

Mərakeş millisinin qələbəsi Belçikada izdiham yaratdı: Azarkeşlər paytaxta od vurdu
İDMAN
00:31 28.11.2022
413
2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Mərakeş-Belçika matçından sonra Belçikanın paytaxtı Brüsseldə küçələr qarışıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qətərdə keçirilən 2022 FIFA Dünya Çempionatı F qrupunun ikinci oyununda Mərakeş Belçika matçından sonra Belçikanın paytaxtı Brüsseldə küçələr qarışıb.
 
Mərakeş tərəfdarları olduğu düşünülən bir qrup, tarixi Grand Place yaxınlığından keçən bəzi avtomobillərə hücum edib.
 
Avtomobili tərs çevirən qrup ətrafdakı skamyaları sökərkən elektriklə işləyən skuterləri yandırıb. Hadisə zamanı çoxlu sayda avtomobil və mağazaya ziyan dəyib. Polisə fişənglərlə hücum zamanı bir jurnalistin üzünə atəşfəşanlıq düşməsi nəticəsində yaralanıb.
 
Jurnalistin səhhəti ilə bağlı məlumat verilməyib. Qısa müddətdə böyüyən hadisələrin üzərinə çox sayda polis məmuru hadisə yerinə gələrək TOMA-larla kütləyə müdaxilə edib.
 
Hadisələrin Brüsselin tarixi və turizm mərkəzi olan Qrand Pleysə yaxın olması səbəbindən polis barrikada quraraq hadisələrin turizm mərkəzinə keçməsinin qarşısını alıb. Brüssel meri Phillipe Close baş verənlərlə bağlı narahatlığını ifadə edərək, "Polisə hadisəyə səbəb olanları həbs etməyi əmr etdim" deyib.
 
Qeyd edək ki, oyunun nəticəsi Mərakeşin 2:0 hesabı ilə qalibiyyəti ilə nəticələnib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR