Mərakeş darmadağınla 1/4 finala çıxdı

Mərakeş darmadağınla 1/4 finala çıxdı
İDMAN
23:23 04.07.2026
300
Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.

AZXEBER.COM-un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR