Mərakeş millisinin futbolçusuna hücum etmək istədilər

Mərakeş millisinin futbolçusuna hücum etmək istədilər
İDMAN
09:45 07.10.2025
137
Fransanın "Marsel” klubunun müdafiəçisi Nayef Aqerd hava limanında xoşagəlməz hadisə ilə üzləşib.

AZXEBER.COM "RMC Sport”a istinadən xəbər verir ki, insident bazar günü Marinyan hava limanının VIP zalında baş verib.

Mərakeş millisinin düşərgəsinə yollanmağa hazırlaşan 29 yaşlı müdafiəçiyə bir nəfər yaxınlaşaraq onunla selfi çəkdirmək və telefon nömrəsini almaq istəyib. Lakin rədd cavabı alan həmin şəxs səsini qaldıraraq Aqerdi vurmağa cəhd edib.

Hadisə zamanı təhlükəsizlik xidməti dərhal müdaxilə edib, hücum edən şəxs polis tərəfindən saxlanılıb. Aqerd isə milliyə qoşulmaq üçün tələsdiyindən hadisə ilə bağlı şikayət verməyib.

Məlumata görə, saxlanılan şəxsin psixoloji vəziyyətinin stabil olmadığı bildirilib.

Qeyd edək ki, N.Aqerd bu yay "Vest Hem”dən "Marsel”ə transfer olunub. O, Roberto De Zerbini çalışdırdığı komandanın heyətində 8 matçda 1 qolla yadda qalıb.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR