Dünyanı ağuşuna alan meymunçiçəyi virusu Mərakeşdə də aşkarlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi həyəcanlı məlumat dərc edib.
Açıqlamada xəstəliyə yoluxmuş şəxsin Mərakeşdəki tibb mərkəzlərindən birində müalicə aldığı, səhhətinin stabil olduğu, narahatlığa əsas olmadığı, lazımi müalicənin aparıldığı və qapalı tibbi yardım göstərildiyi bildirilib.
Qeyd edək ki, meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür.
Virusun törətdiyi bədən səpkilərinə toxunmaq, bu səpkilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.