Mərakeşdə yeni hökumət elan edildi

Mərakeşdə yeni hökumət elan edildi
DÜNYA
22:11 07.10.2021
401
Mərakeşdə sentyabrın 8-də keçirilən parlament seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi elan edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, Baş nazir Əziz Akhennuşun rəhbərlik edəcəyi Nazirlər Kabinetinə 7 qadın olmaqla 24 nazir daxildir.

Telekanal Nasser Buritanın xarici işlər naziri, Abdeluafi Laftitin isə daxili işlər naziri postuna təyin olunduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR