Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

İDMAN
18:56 03.10.2022
252
Yunanıstan "Olimpiakos"unun futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.

Bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumu ciddidir.

Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı forvard ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.
 

OXŞAR XƏBƏRLƏR