Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Hazırda ölən və xəsarət alanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
///APA