“Mercedes”də 6 nəfər olubmuş - Dünənki qəza haqda rəsmi

“Mercedes”də 6 nəfər olubmuş - Dünənki qəza haqda rəsmi
SOSİAL
17:54 29.07.2019
5855
Daxili İşlər Nazirliyi ötən gün Səbail rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb. 

AZXEBER.COM xəbər verir ki, iyulun 28-də saat 18 radələrində Yardımlı rayon sakini S.Cavadovun idarə etdiyi "VAZ-2107” və Masallı rayon sakini İ.Məmmədovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Məmmədov və 5 sərnişini, habelə S.Cavadov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

S.Cavadovunun sərnişinlərindən İmran Qulamov orada ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR