"Mercedes"lə Google razılaşdı: 2024-cü ilin sonundan...

"Mercedes"lə Google razılaşdı: 2024-cü ilin sonundan...
DÜNYA
12:24 23.02.2023
199
Alman avtomobil nəhəngi "Mercedes Benz" MB.OS əməliyyat sistemi üçün yeni naviqasiya hazırlamaq səbəbindən Google ilə uzunmüddətli tərəfdaşlıq elan edib.

AZXEBER.COM xəbər verir ki, son bir neçə ildə qabaqcıl məlumat-əyləncə və təhlükəsizlik vəd edən MB.OS əməliyyat sisteminə diqqət yetirən Mercedes bu əməliyyat sistemini 2024-cü ilin sonuna doğru istehsalı gözlənilən yeni nəsil Mercedes avtomobillərində tətbiq edəcək.
 
Əməliyyat sisteminin inkişafı çərçivəsində Google ilə əməkdaşlıq etdiyini açıqlayan Mercedes avtomobil içi məlumatlara və Google Xəritə Platformasına əsaslanan yeni naviqasiya sistemi üzərində çalışdıqlarını açıqlayıb.

Google və Alphabet-in baş direktoru Sundar Piçai "Mercedes Benz ilə tərəfdaşlığımız sürücülər üçün yeni təcrübələr yaratmağa kömək etmək üçün Google Xəritə Platforması, Bulud və Youtube-dan qabaqcıl texnologiyalar gətirəcək" deyib.
 
Qeyd edək ki, təkcə Mercedes-Benz deyil, General Motors, Renault, Nissan və Ford kimi avtomobil istehsalçıları da Google Maps və Google Assistant kimi xidmətləri paketləməyə başlayıblar.

Digər tərəfdən, bəzi avtomobil şirkətləri texnologiya şirkətləri ilə əməkdaşlıqdan qaçır. Onlar şirkət məlumatlarını bu şirkətlərə ifşa etməkdən narahatdırlar.
 
Mikayıl


OXŞAR XƏBƏRLƏR