Gənc və istedadlı müğənni Mərdan Kazımov ünvanına deyilən tənqidlərlə bağlı açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, müğənni oxu tərzini bəyənməyərək onu tənqid edənlərə cavab verib.
"Bir daha bildirim ki, tənqidlərə hər zaman açığam. Qışqırır desəniz başa düşərik, bəyənmədim desəniz anlayarıq. Çünki bilirik ki, Azərbaycanda rok musiqisi deyəndə nə qədər belə olmasa da ağıla ilk qışqırıq gəlir. Amma bizi sevib, dinləyən insanlara "nə yeyib içirsiz" demək, hörmətsizlik etmək qabuledilməzdir. Çünki biz bizi sevib, dinləyib, dəstəkləyən insanların sayəsində bu yerlərə gəlmişik. Onlara edilən hörmətsizliyi heç vaxt cavabsız qoymarıq. Bir növ siz sevənlərimizə xatir bunu paylaşmağı özümə borc bildim. Sevib-sevməməkdə azadıq, hörmət etməkdə isə məcbur" deyə müğəni qeyd edib.
Aysel