Mərdəkan yolunda qəza: Avtomobil dəmir maneəyə çırpıldı

SOSİAL
23:45 16.02.2025
362

Bakıda Mərdəkan yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.


Belə ki, "Hyundai i30" markalı minik maşını yol kənarındakı dəmir maneəyə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobili idarə edən sürücü 18 yaşında olub və aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar.
 
//oxu.az
OXŞAR XƏBƏRLƏR