Bakının Mərdəkan qəsəbəsində 13-14 irigövdəli ağac kökündən kəsilib.
Qəsəbə sakinləri hadisəni araşdırmaq üçün Baku TV-ə müraciət ünvanlayıb.
Ərazidə kəsilən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məlumatlıdır. Qurumdan Baku TV-ə bildirildi ki, həmin ağacların yanaraq məhv olması müəyyən edilib və təbiətə dəymiş ziyanla bağlı nazirlik akt tərtib edib.
Qeyd edək ki, bir neçə həftə öncə həmin ərazidə yerləşən obyektərin birində yanğın hadisəsi baş verib.
Daha ətraflı Baku TV-nin süjetində: