Mərdəkanda dənizdə bir nəfər batıb

Mərdəkanda dənizdə bir nəfər batıb
SOSİAL
17:19 22.07.2025
315
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR