"Mərhələ keçmək üçün sona qədər mübarizə aparacağıq" - APOEL-in futbolçusu

"Mərhələ keçmək üçün sona qədər mübarizə aparacağıq" - APOEL-in futbolçusu
İDMAN
12:07 07.08.2019
3452
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında "Qarabağ"a 1:2 hesabı ilə məğlub olan APOEL-in futbolçusu Andre Vidiqal matçdan sonra açıqlama verib.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, cavab matçında sona qədər mübarizə aparacaqlarını bildirib:

"Üzərində çalışmalı olduğumuz çox şey var. İlk matçda qalib gələ bilmədik, amma cavab oyununda mərhələ keçmək üçün sona qədər mübarizə aparacağıq. Səhvlərimizdən nəticə çıxarmalıyıq. 90+5-ci dəqiqədə vurduğumuz qolu cavab oyununda da təkrarlamalıyıq. Bu, bizim komandadır və son dəqiqəyə qədər mübarizə aparırıq".

Komandalar arasında Bakıda keçiriləcək cavab matçına avqustun 13-də, saat 20:30-da start veriləcək.
OXŞAR XƏBƏRLƏR