Merkel pensiyaya çıxır - Bir aya nə qədər alacaq?

Merkel pensiyaya çıxır - Bir aya nə qədər alacaq?
DÜNYA
14:11 26.08.2021
672

Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra ayda təxminən 15 min avro pensiya alacaq.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, sentyabrın 26-da 16 illik vəzifəsi ilə vidalaşmağa hazırlaşan Angela Merkelin alacağı təqaüdün miqdarı bəlli olub.

Qanuna görə hazırda Almaniyada baş naziri ayda 25 min avro məvacib alır. Merkelin 30 ildən artıq bir müddətdə həm də millət vəkili olması nəzərə alındığında 25 min avro ilə yanaşı bu vəzifəyə görə ayda 10 min avro da əlavə qazanc əldə edib.

Merkelin pensiyası isə kompleks hesablama ilə təyin olunacaq. Hesablamaya görə, onun aylıq təqaüdü 15 min avro civarında olacaq.

Qeyd edək ki, sentyabrın 26 -da Almaniyada parlament seçkiləri keçiriləcək və bunun ardınca yeni hökumət qurulacaq. Merkel namizədliyi isə bu seçkilərdə irəli sürülməyəcək.

Ayşən
OXŞAR XƏBƏRLƏR