Merkelin ikinci koronavirus testinin nəticəsi açıqlandı

DÜNYA
10:20 26.03.2020
2528
Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə yerli "N-TV" telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

"Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək", - məlumatda qeyd olunub.

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.

OXŞAR XƏBƏRLƏR

X Mostbet