Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi
İQTİSADİYYAT
17:25 04.09.2015
2551

Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının həcminə dair növbəti aylıq məlumatı yayıb.

AZXEBER.COM Mərkəzi Bankın rəsmi saytına istinadən xəbər verir ki, bankın rezervləri avqust ayı ərzində rekord səviyyədə - təxminən 1,2 milyard dollar azalıb.

Belə ki, iyul ayının sonuna olan rəqəmlərə əsasən Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının həcmi 8,5 milyard dollara yaxın idi. İndi isə Mərkəzi Bankın cəmi 7,315 milyard dollarlıq rezervi qalıb. Bu isə o deməkdir ki, Mərkəzi Bank avqust ayında manatın kursunu indiki səviyyədə saxlamaq üçün valyuta bazarına rekord səviyyədə intervensiya həyata keçirib.

Avqust ayında Qazaxıstanda təngənin kursunun sərbəst buraxılması və neftin kəskin ucuzlaşması, habelə rublun dəyərdən düşməsi, digər MDB ölkələrinin milli valyutalarının ucuzlaşması şəraitində manatın da ucuzlaşacağına dair ajiotaj yarandı.

Hətta Bakıda valyutadəyişmə məntəqələri dollar satışını dayandırdı, yaxud bəzi banklar Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən kənara çıxaraq dolları baha satmağa başladı. Həmin günlərdə Mərkəzi Bank valyuta bazarında yaranmış ajiotajı yatırmaq üçün cəmi iki gündə təxminən yarım milyard dollarlıq intervensiya həyata keçirmişdi.

Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının bir ayda kəskin azalması manatın növbəti dəfə devalvasiyaya məruz qalacağına dair narahatlıqları artıra bilər. Xatırladaq ki, 2014-cü ilin sonunda Mərkəzi Bankın 13,7 milyard dollarlıq rezervi var idi. 2015-ci ilin əvvəllərindən başlayaraq Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hər ay 1 milyard dollara yaxın valyuta satıb.

Fevral ayında manatın 34 faizlik devalvasiyası da ehtiyatlarının azalmasının qarşısını ala bilməyib, sonrakı aylarda Mərkəzi Bankın ehtiyatları təxminən ayda 1 milyard dollar azalıb. Proses iyun ayında dayanmışdı və hətta Mərkəzi Bankın rezervlərində cüzi artım qeydə alınmışdı. Lakin dünyada başlayan iqtisadi böhranın təsirləri ilə Azərbaycanda yeni dollar ajiotajı başlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabirabadda bir nəfər kanalda batıb
15:01 25.07.2025
Sabirabadda bir nəfər kanalda batıb
Azərbaycana “dil” uzadan Valuyev 15 il azadlıqdan məhrum edildi
14:58 25.07.2025
Azərbaycana “dil” uzadan Valuyev 15 il azadlıqdan məhrum edildi
Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
14:57 25.07.2025
Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
14:48 25.07.2025
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
Qusmanın işdən çıxarılma səbəbi məlum oldu - Rusiya onun Şuşada dediyi bu sözlərə dözə bilmədi
14:34 25.07.2025
Qusmanın işdən çıxarılma səbəbi məlum oldu - Rusiya onun Şuşada dediyi bu sözlərə dözə bilmədi
Polis Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirdi
14:28 25.07.2025
Polis Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirdi
"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
14:26 25.07.2025
"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
14:21 25.07.2025
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
14:16 25.07.2025
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
“Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”
14:15 25.07.2025
“Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”
Tanınmış iş adamı həbsdən buraxıldı
14:09 25.07.2025
Tanınmış iş adamı həbsdən buraxıldı
Məşhur model mükafatlandırma gecəsində dələduz adlandırıldı
13:55 25.07.2025
Məşhur model mükafatlandırma gecəsində dələduz adlandırıldı
Mağazadan alınan çörəyin içindən böcək çıxdı - FOTOLAR
13:39 25.07.2025
Mağazadan alınan çörəyin içindən böcək çıxdı - FOTOLAR
Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib
13:20 25.07.2025
Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
13:17 25.07.2025
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
"Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir"
13:15 25.07.2025
"Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir"