Mərkəzi Bankdan “Royalbank” - Açıqlaması

İQTİSADİYYAT
17:06 02.08.2012
2581
Kompensasiyalar qorunan əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə ödənilir
Mərkəzi Bank “Royalbank” ASC-nin lisenziyasının ləğvi ilə bağlı məlumat yayıb. Bankın mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərə görə, məlumatda qeyd olunur ki, “Royalbank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğundan bankın qorunan əmanətləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada kompensasiyalar ödənilməlidir: “Qorunan əmanətlərin kriteriyaları qanunvericiliklə müəyyən edilib. Kompensasiyalar qorunan əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə ödənilir. Bu şərtlər hər bir əmanətçi ilə bağlanan əmanət müqaviləsində əks olunub.Küləvi informasiya vasitələrinə məlumat verildiyi kimi 1 avqust 2012-ci il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu qanunvericiliyə uyğun olaraq seçilmiş müvəkkil banklar (“Muğan Bank” ASC, “AGBank” ASC və “Bank Respublika” ASC) vasitəsilə “Royalbank” ASC-nin qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsinə başlanıb”.Qalan əmanətlər, habelə banka qarşı bütün digər kreditor tələblər bankın yığılan aktivləri hesabına ödəniləcək. “Banklar haqqında” Qanuna əsasən banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır və kreditorların tələbləri müvafiq növbəlilik əsasında icra edilir. Öhdəliklərin icrası zamanı əhalinin əmanətlərinin qaytarılması prioritet təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq