Mərkəzi Bankın aqibəti necə olacaq?

İQTİSADİYYAT
16:31 19.12.2015
3848
“Mərkəzi Bank bir ay ərzində ortalama olaraq 1,2 milyard manat milli valyutanın dəyərinin qorunub-saxlanması üçün pul xərcləyib”. Bunu iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirib.
Onun sözlərinə görə, bu, 1 gün ərzində 40 mln. manatın intervensiya üçün sərf olunduğunu göstərir: “Bu, 8 gün ərzində 320 mln. manat edir. Amma Mərkəzi Bank son 8 gün ərzində isə 750 mln. manat xərclədi. Əgər iqtisadiyyatın özünün təbii axarı ilə gedirsə, onda valyuta dalğalanmaları sərt amplitudalarla getməli deyil. Əgər o varsa, iqtisadiyyatda kənar impulslar və ya bazar iştirakçılarının davranışlarında hansısa tendensiyalar müşahidə olunur. Bunu dərindən təhlil edib monetr proseslərə yön vermək haqqında düşünməyə ehtiyac yaranır?”
Nə baş verdi ki, valyuta bazarında bu qədər dollar yığımı həyata keçirildi və Mərkəzi Bank nəzərdə tutulduğundan artıq məbləğdə vəsaitin intervensiyası üçün qərar verdi?
M.Talıblı bunu belə izah edib:
“Birinci versiya. Dövlət Neft Fondunun valyutanın satışını dayandırmağa qərar verməsindən sonra Mərkəzi Bankın əməliyyatlara artıq vəsaitə tələbin formalaşması ilə bağlılığı var. Valyutanın satış kanalının daralması digər birində satış həcminin artımını bu səviyyədə şərtləndirməli deyildi. Amma bu oldu.
İkinci versiya. FED-in uçot stavkasının yüksəldilməsi dollara tələbi artıracaq ki, bu da hələ ki, daha çox bahalaşmayan dollarla yığımların edilməsi və ya onun bahalı bir valyuta kimi saxlanmasını zəruri etdi. Buna görə, “süni tənəffüs sisteminə qoşulmuş” manatla yığımdansa, əməliyyatları və yığımları dollarla həyata keçirmək daha çox tərcih olunur.
Üçüncü versiya. “ABŞ-ın Demokrataiya Aktı” layihəsinin müzakirəyə çıxarılacağı və onun təsirinə düşən sanksiyaların əhatə etdiyi oliqarxiyanın hazırlıq tədbirlərinə başlaması ilə bağlı ola bilər. Bu, ölkədən xaricə pul axınının güclənməsi üçün əsas ola bilər”.
Ekspert hesab edir ki, may ayına qədər AMB-ın ehtiyatlarının tam əriyəcəyi proqnozlaşdırıldığı halda, o vaxta orada bir şey qalmayacaq: “AMB-ın yalnız bir həftə ərzində 750 milyon manatın intervensiyasından sonra bankın ehtiyatları 6,2 mlrd. manatdan 5,5 mlrd. manata düşdü”.
aznews.az

OXŞAR XƏBƏRLƏR