Mərkəzi bazarda bir-birinə bitişik 4 mağaza yandı

Mərkəzi bazarda bir-birinə bitişik 4 mağaza yandı
SOSİAL
10:25 23.07.2017
796
Bu gün Xaçmaz şəhərində yerləşən mərkəzi bazarda yanğın baş verib.
 
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb. Bitişik mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR