Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində məlumatların dəqiqləşdirilməsi imkanı yaradıldı

İQTİSADİYYAT
16:36 10.01.2023
268

Ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, habelə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması Azərbaycan Mərkəzi Bankının (AMB) daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda Mərkəzi Bank üzrə müəyyən edilmiş tədbirlərin, həmçinin "Əlverişli Biznes Mühiti” layihəsinin "Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində müəyyənləşdirilmiş hədəflərin icrası təmin olunmaqdadır.

AMB-dan AZƏRTAC-a bildirilib ki, bu sahədə aparılan işlər çərçivəsində Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və yanvarın 10-dan istifadəyə verilib.

Belə ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) "ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər. Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA

13:01 13.02.2025

"TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI

12:58 13.02.2025

"Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir"