Mərmərə üçün fırtına XƏBƏRDARLIĞI

Mərmərə üçün fırtına XƏBƏRDARLIĞI
DÜNYA
16:57 10.03.2023
191
Meteorologiya Ümumi Müdirliyi (MGM) Türkiyənin Mərmərə Bölgəsi üçün şiddətli yağış və fırtına xəbərdarlığı edib.

AZXEBER.COM xəbər verir ki, GM İstanbul Regional Proqnozlaşdırma və Erkən Xəbərdarlıq Mərkəzindən verilən məlumatda sabahdan etibarən Balkanlar üzərinə gələcək yağışlı havadan bölgənin təsirlənəcəyi bildirilib.

Bildirilib ki, yağıntının ümumilikdə yağış və leysan xarakterli olacağı gözlənilir. Sabah Mərmərə Bölgəsində (İstanbul, Ədirnə, Kırklareli, Tekirdağ, Kocaeli, Sakarya və Yalova) və bazar günü bölgənin şərqində (Kocaeli, Sakarya və Yalova) bəzi yerlərdə güclü olacağı gözlənilir.

Bəzi yerlərdə qısamüddətli güclü tufan, yüksək hissələrdə isə tam fırtına olacağı gözlənilir. 

Gülay
OXŞAR XƏBƏRLƏR