Mərmərə zəlzələsindən 27 il ötür – 18 mindən çox insanın həyatına son qoyan faciə…

Mərmərə zəlzələsindən 27 il ötür – 18 mindən çox insanın həyatına son qoyan faciə…
DÜNYA
10:38 17.08.2026
173
Türkiyənin yaxın tarixində ən ağır təbii fəlakətlərdən biri olan 17 avqust 1999-cu il Mərmərə zəlzələsindən 27 il ötür.

AZXEBER.COM xəbər verir ki, zəlzələ yerli vaxtla saat 03:02-də Kocaelinin Gölcük rayonunda baş verib. Təxminən 45 saniyə davam edən və 7,4–7,6 maqnitudalı olduğu göstərilən zəlzələ Mərmərə bölgəsinin geniş hissəsində ciddi dağıntılara səbəb olub. Kocaeli ilə yanaşı, Sakarya, Yalova, İstanbul və ətraf ərazilər də fəlakətdən ciddi zərər çəkib. 

Türkiyənin rəsmi məlumatlarında zəlzələ nəticəsində 18 mindən çox nəfərin həyatını itirdiyi, 10 minlərlə insanın yaralandığı bildirilir. Bundan başqa, çox sayda yaşayış və iş obyektinə ziyan dəyib. 

Zəlzələnin 27-ci ildönümündə Türkiyənin müxtəlif şəhərlərində anım tədbirləri keçirilib, faciədə həyatını itirənlər yad edilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR