Mersedes” hasara çırpıldı, sürücü ÖLDÜ

Mersedes” hasara çırpıldı, sürücü ÖLDÜ
SOSİAL
17:26 30.06.2019
4834

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya  istinadən xəbər verir  ki, hadisə gecə saat 3:00 radələrində rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Binas Niyaz oğlu "Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü B.Rzayev təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti getdikcə ağırlaşıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR