Son zamanların məşhur adlarından olan Mert Demir mahnıları ilə yanaşı karyera səyahəti ilə də adından söz etdirməyə davam edir.
AZXEBER.COM xəbər verir ki, Demirin 2013 və 2014-cü illərdə iki il dalbadal "O Ses Türkiye”də iştirak etdiyi məlum olub.
İlk qatıldığı zaman münsiflərdən heç birini döndərə bilməyən Mert Demir ikinci dəfə mahnının lap əvvəlində bütün münsif üzvlərini döndərməyi bacarıb.
Münsiflər heyətində yer alan Hadisə Mert Demiri xatırlayanda gözlərinə inana bilməyib. Onun 10 illik karyerasında bu qədər irəliləməsi hər kəsi valeh edib.
Aysel