Məryəmin donoru qardaşıdır - 70 min dollar lazımdır

Məryəmin donoru qardaşıdır - 70 min dollar lazımdır
SOSİAL
19:26 08.04.2022
975

Kəskin leykoz limfoblast xəstəliyindən əziyyət çəkən 6 yaşlı Məryəm Musayevanın köməyə ehtiyacı var.

AZXEBER.COM xəbər verir ki, Məryəmə bu diaqnoz 2021-ci il oktyabrın 21-də qoyulub.

Türkiyədə müalicənin daha effektiv olduğunu nəzərə alaraq, Məryəm qohumlarının köməyi və ailə büdcəsi hesabına Üsküdar Altunizadə Acıbadəm xəstəxanasına aparılıb. 5 aydır kimyaterapiya müalicəsi alan körpənin aylıq xərci 10 min ABŞ dolları (17 000 AZN) təşkil edir. Məryəmin müalicəsi sümük iliyi köçürülməsi ilə başa çatmalıdır. Məryəmin donoru qardaşıdır. Əməliyyatın baş tutması üçün əlavə 70 min ABŞ dolları ianəyə ehtiyac var

Mərhəmətli insanların köməyi ilə balaca Məryəm sağala bilər. Ən kiçik məbləğ belə onun həyatı üçün həlledicidir.

Məryəmə ianə üçün kart hesabı Azər Türk Bank 5213 6751 6992 6616 AZN – Ceyhun Musayev

Məryəmin atası C. Musayevlə əlaqə yaratmaq istəyənlər +994 70 839 07 07 nömrəsinə zəng edə bilərlər.

Qeyd edək ki, bu linkə daxil olaraq, aksiya çərçivəsində yığılmış və qalan vəsaitin həcmini görmək mümkündür.

OXŞAR XƏBƏRLƏR