Bursanın İnegöl rayonundan olan "Canobey" adı ilə tanınan tiktoker məsciddə çılpaq şəkildə çəkdiyi video ilə tənqidlərə səbəb olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, TikTok sosial media platformasında paylaşılan videoda təhqiramiz mahnılar yer alıb.
Qısa müddətdə bir çox istifadəçi tərəfindən paylaşılan video geniş qınağa səbəb olub.
Videodakı şəxs, Emircan Y. (17), video yayıldıqdan sonra polis tərəfindən nəzarətə alınıb.
İnegöl Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar Bürosu tərəfindən nəzarətə alınan şübhəli ifadəsində "İlk dəfədir ki, belə bir şey çəkirəm. Bundan xəbərsiz idim. Belə bir reaksiya olacağını bilmirdim. Təəssüf edirəm" dediyi bildirilir.
Şübhəli polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.
Aysel










































