Meşə yanğınında 200 hektar ərazi məhv oldu

DÜNYA
11:46 09.09.2024
114
Ötən gün baş verən meşə yanğını bu gün yerli saatla 09:00 radələrində nəzarət altına alınıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
 
Belə ki, ötən gün yerli saatla 14.00 radələrində Muğlanın Menteşe mahalındakı meşədə yanğın baş verib. Məhəllə sakinlərinin xəbərdarlığından sonra bölgəyə 6 təyyarə, 15 helikopter, 150-yə yaxın su maşını, könüllülər də daxil olmaqla 700-ə yaxın meşə işçisi, 1 dəniz maşını və 25-dən çox iş maşını göndərilib.
 
Yanğına havadan və qurudan müdaxilə edilib. Hava qaraldıqca hava elementləri 2 gecəgörmə helikopteri ilə əvəz olunub, 1 meşə işçisi tüstüdən zəhərlənib.
 
Səhərin açılan kimi təyyarələr havadan müdaxiləyə başlayıb. Yanğın bu gün saat 09:00 radələrində nəzarətə götürülüb. 200 hektar ərazi zərər görsə də, 1000-ə yaxın arı pətəyi tüstüdən zərər çəkib. Arılarla dolu 800-dən çox pətək də yanıb. Bölgədə söndürmə prosesi davam edir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR