Martın 22-də Cənubi Koreyada ölkənin cənub-şərqindəki böyük yanğın da daxil olmaqla, 20-dən çox meşə yanğını baş verib.
Yanğınlar nəticəsində iki yanğınsöndürən həlak olub, daha ikisi itkin düşüb.
Ən mürəkkəb vəziyyət Cənubi Kyonsan əyalətində yaranıb. Orada martın 21-də başlayan yanğın artıq 275 hektar ərazini əhatə edib.
200-dən çox sakin təxliyə olunub. Hakimiyyət bölgəni fəlakət zonası elan edib.
///Oxu.Az