Meşədə yanğın başladı

Meşədə yanğın başladı
DÜNYA
19:50 05.06.2024
180
Kənd təsərrüfatı sahəsində baş verən və meşəlik əraziyə yayılan yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Çanaqqala bölgəsinin mərkəzi Gökçalı kəndində şumlanmış sahədə naməlum səbəbdən baş verib.
 
Alov küləyin təsiri ilə böyüyərək yaxınlıqdakı meşəlik əraziyə keçib.

Vəziyyətin bildirilməsi ilə Çanaqqala Meşə Regional Müdirliyinə bağlı qruplar bölgəyə sövq edilib.

Kəndlilər yanğını idarə etmək üçün qurudan və havadan müdaxilə edən qruplara dəstək olmaq üçün tankerlərlə su daşıyıb.

Sıx tüstünün qalxdığı və yaxınlıqda zeytun bağlarının olduğu ərazidə komandalar işlərini davam etdirirlər.
 
Oksana

 
OXŞAR XƏBƏRLƏR