Məşədi Dadaş məscidinə yeni imam təyin edildi

Məşədi Dadaş məscidinə yeni imam təyin edildi
SOSİAL
11:24 02.05.2023
379
Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Qeyd edək ki, Məşədi Dadaş məscidin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
OXŞAR XƏBƏRLƏR