“Məşədi Dadaş” məscidinin axundunu öldürmək istəyən hakim qarşısında – “Mənə ilahi tapşırıq gəldi...”

KRİMİNAL
13:37 18.09.2024
690
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Elşən Hüseynov "Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə ittiham olunur.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, 2023-cü il avqustun sonunda Elşən Hüseynov "Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovla görüşüb fikirlərini bölüşüb, onların arasında fikir ayrılıqları yaranıb. Bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul Həsənli onu içəri buraxmayıb. Bir neçə ay bu hal davam etikdən sonra Elşən Hüseynov bıçaqla yenidən məscidə gedib. İçəri daxil olmaq istəyərkən qarşısını alan Rəsul Həsənliyə bıçaqla xəsarət yetirib, sui-qəsd törətmək üçün Əli Şərbətovun otağına daxil ola bilməyib.

İttiham aktı elan olunduqdan sonra hakim zərərçəkmişlərin məhkəmədə iştirakı olmadan baxış iclasının keçirilməsini elan edib.

Təqsirləndirilən şəxs Elşən Hüseynov ittihamın aydın olduğunu bildirib:

"Mənə hər şey aydındır. Amma qəbul etmirəm”.

Hakim Rasim Sadıxov qeyd edib ki, əgər Elşən Hüseynov elan olunan maddələr üzrə təqsirli bilinsə, 20 ilə yaxın azadlıqdan məhrum edilə bilər. Prosesin davamında təqsirləndirilən Elşən Hüseynova sərbəst ifadə vermək təklif olunub.

O, ifadəsində bildirib:

"2023-cü ilin yay aylarından "Məşədi Dadaş” məscidinə gedib, məscidin axundu Əli Şərbətovla görüşüb danışmaq istəyirdim. Çox rahat görüşdüm, danışdım. Heç bir problem olmadı. 1 ay sonra yenidən getdim görüşmək üçün. Bir məsələ var idi ona görə. Orada qeyri-rəsmi təhlükəsizlik xidmətində çalışan Rəsul Həsənli qabağımı kəsdi, dedi, axund yoxdu, qayıtdım. Amma bu davamlı oldu. 4-5 ay hər dəfə görüşmək üçün gedəndə mane oldu. Mən Allah tərəfindən imam təyin olunmuşam”.

Hakim:

- Dediklərinizə aydınlıq gətirin.

Elşən Hüseynov:

- 2020 martın 15-i gecə mənim günahlarım bağışlanıb, imam təyin edilmişəm. Mənə ilahi tapşırıq gəldi ki, get "Məşədi Dadaş” məscidinə, səni orada gözləyirlər. Bu barədə axundla danışmaq istədim.

- Bəs, Rəsulla nə problemin var idi?

- Tanımıram onu. İmamla danışmalı idim. Rəsul Həsənli də qabağımı kəsirdi. Axırda qarşımı kəsməsin deyə ona bıçaqla xəsarət yetirdim.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Fəxrəddin oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Proses oktyabrın 8-də davam etdiriləcək.
 
///Musavat.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib