Meşəlik ərazidə yaşayan şəxs çadırında ölü tapıldı

DÜNYA
16:44 27.08.2024
149
Çadırda yaşayan şəxs ölü tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
 
Belə ki, 62 yaşlı Altan Tokgözdən xəbər ala bilməyən dostları səhər saatlarında çadıra gəlib yoxlama aparıblar.
 
Çadırda hərəkətsiz halda tapılan Tokgözün səhhətindən narahat olan dostları vəziyyəti Təcili Yardım Xidmətinə bildiriblər.

Xəbər verildikdən sonra əraziyə polis və təcili yardım briqadası göndərilib.

Bölgəyə gələn həkim qrupu Tokgözün öldüyünü müəyyən edib.

Tokgözün cəsədi yarılma üçün morqa aparılıb.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR