Məşhəddə əxlaqsızlıqla məşğul olan 40 masajçı saxlanıldı

Məşhəddə əxlaqsızlıqla məşğul olan 40 masajçı saxlanıldı
DÜNYA
14:55 04.02.2019
4035

İranın şərqində Məşhəd şəhərində 40 masajçı saxlanılıb.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayəti hüquq-mühafizə orqanının polis rəisi polkovnik Ümid Nudehi deyib.

Ü.Nudehinin sözlərinə görə, sosial-ictimai şəbəkələrdə aparılan araşdırmadan sonra bir qrup kişi və qadın masajçının reklamları müşahidə olunub.

 

Polis rəisi əlavə edib ki, keçirilən əməliyyatlar nəticəsində 40 nəfər saxlanılıb:

"Saxlanılanlar 22-32 yaşlar arasında gənclərdir. Onlar masaj adı altında əxlaqsızlıqla məşğul olublar”.

OXŞAR XƏBƏRLƏR