"Sihirli Annem” filmində "Perihan" obrazını canlandıran aktrisa Gül Onat filmin qala gecəsinə qatıla bilməyib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı sənətçi səhhətindəki problemlərlə əlaqədar premyerada iştirak edə bilmədiyini bildirib.
Aktrisa ağır əməliyyat keçirdiyini və yalnız məhdud səhnələrdə çəkilişə qatıldığını belə açıqlayıb:
"Təəssüf ki, premyerada iştirak edə bilmədim. Çox ağır əməliyyat keçirdim. Yalnız 3 gün ərzində, həkimimin icazəsi ilə filmdəki səhnələrimizi qısaldaraq çəkə bildik. Dualarınızı gözləyirəm.”
Qeyd edək ki, Gül Onat mədəaltı vəzi xərçəngi ilə mübarizə aparır.
Aysel