Məşhur aktrisa daha ana ola bilməyəcəyini açıqlayıb

Məşhur aktrisa daha ana ola bilməyəcəyini açıqlayıb
MAQAZİN
12:25 14.10.2025
105
Dünyaca məşhur aktrisa Cennifer Aniston ana olmaq arzusundan danışıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktrisa ana ola bilməməsinin səbəbinin ondan qaynaqlanmadığını açıqlayıb.
 
Aktrisa etiraf edib ki, dəfələrlə ekstrakorporal mayalanma etməsinə baxmayaraq ana ola bilməyib:
 
"Bir anda hər şey mənim nəzarətimdən çıxdı. Edə biləcəyim heç bir şey yoxdur artıq. İnsanlar "Övladlığa uşaq götürə bilərsən" deyə məsləhətlər də verdilər. Mən övladlığa götürmək istəmirəm, öz DNT-mə malik övlad istəyirəm. Bəlkə də bu eqoistcə görünə bilər, amma həmişə bunu istəmişəm.

Bir neçə dəfə müalicə ilə də sınadım, olmadı. Artıq bu baş verə bilərmi, bilmirəm. Məncə daha gecdir. Mən bunu qəbul etdim və bu mənə böyük rahatlıq verdi".
 
Aysel
OXŞAR XƏBƏRLƏR